Статья не опубликована
Yelo Bank ın filial müdirinin müştərini döydüyü iddia olunur | Icma.az

Yelo Bank ın filial müdirinin müştərini döydüyü iddia olunur

15.03.2025

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yelo Bank"ın filial müdirinin müştərini döydüyünə dair məlumat yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:

"Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə o qeyd edib.

Bundan öncə “Yelo Bank”ın filialında müdir müştərini döyməsi barədə məlumat yayılıb.

Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.

"Yelo Bank"dan saytımıza bildirilib ki, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılır.

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью