Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Yelo Bank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 1 milyard 150 milyon 291 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 61 milyon 220 min manat və ya 5,6% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 319 milyon 97 min manat, biznes kreditləri portfeli 720 milyon 451 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 110 milyon 743 min manat təşkil edib.
Bunlar 2025-ci ilin sonu ilə müqayisədə bankın istehlak kreditləri 1 milyon 703 min manat və ya 0,5%, biznes kreditləri 46 milyon 864 min manat və ya 7%, ipoteka kreditləri isə 12 milyon 653 min manat və ya 12,9% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!