Yelo Bankda şikayət indeksi kəskin artıb

14.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avqust ayında Azərbaycanda fəaliyyət göstərən bankların müştəri şikayətləri üzrə göstəricilərində ciddi dəyişikliklər baş verib.

“Yeni Sabah”  Plat.az-a istinadən xəbər verir ki, ən yüksək şikayət indeksi “Yelo Bank”da qeydə alınıb. Bankın göstəricisi iyul ayında 1,77 olduğu halda, avqustda 2,51-ə yüksəlib. Bu, aylıq müqayisədə təxminən 42 faiz artım deməkdir. Beləliklə, “Yelo Bank” əvvəlki ay ikinci olduğu halda, avqustda siyahının ilk pilləsinə yüksəlib və yüksək şikayət indeksi kateqoriyasına daxil edilən yeganə bank olub.

“Expressbank”da da göstərici əhəmiyyətli dərəcədə yüksəlib. Bankın şikayət indeksi 0,71-dən 1,18-ə çatıb. Təxminən 66 faizlik artım nəticəsində bank iyuldakı 13-cü mövqedən avqustda 5-ci yerə yüksəlib. pizza

“TuranBank”ın göstəricisi 1,54-dən 1,93-ə, “Yapı Kredi Bank Azərbaycan”ın göstəricisi 1,40-dan 1,71-ə, “Kapital Bank”ın göstəricisi isə 0,86-dan 1,02-yə yüksəlib. Bu banklarda artım müvafiq olaraq 25, 22 və 19 faiz təşkil edib.

Bəzi banklarda isə əks istiqamətdə dəyişiklik müşahidə olunub. İyul ayında 1,95 göstərici ilə ilk sırada olan “Unibank”ın şikayət indeksi avqustda 1,64-ə enib. Nəticədə bank reytinqdə dördüncü pilləyə düşüb.

“Rabitəbank”da daha böyük azalma qeydə alınıb. Bankın şikayət indeksi 1,62-dən 0,75-ə düşüb və təxminən 54 faiz azalıb. Bununla bank iyuldakı üçüncü mövqedən 12-ci yerə geriləyib.

“Azər-Türk Bank”ın göstəricisi 1,18-dən 0,84-ə, “Bank Respublika”nın göstəricisi 1,35-dən 1,07-yə, Azərbaycan Beynəlxalq Bankının göstəricisi isə 0,95-dən 0,83-ə enib.

Avqust ayında ən aşağı şikayət indeksi “Bank VTB Azərbaycan”da qeydə alınıb. Bankın göstəricisi 0,24 olub. İyul ayında bu rəqəm 0,34 təşkil edib.

“PAŞA Bank”da indeks aşağı səviyyədə qalsa da, aylıq müqayisədə artım qeydə alınıb. Bankın göstəricisi 0,29-dan 0,47-yə yüksəlib. “AFB Bank”da isə göstərici dəyişməyərək 0,47 səviyyəsində qalıb.

İyul ayında şikayət indeksi 0,76 olan “Premium Bank” avqust üzrə açıqlanan siyahıda yer almayıb.

Qeyd edək ki, şikayət indeksi daxil olan müraciətlərin yalnız sayını göstərmir. Bu göstərici xüsusi metodologiya əsasında hesablanan müqayisəli indeksdir. Buna görə də indeksin, məsələn, 42 faiz yüksəlməsi bankla bağlı şikayətlərin faktiki sayının da eyni nisbətdə artdığı anlamına gəlmir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью