Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkədə "Yelobank"ın qarşısında Azərbaycan Respublikasının Dövlət Bayrağının aşması ilə bağlı görüntülər yayılıb.
Foto bir çox istifadəçilər tərəfindən narazılıqla qarşılanıb və hörmətsizlik kimi qəbul edilib.
Modern.az mövzu ilə bağlı "Yelobank" ASC ilə əlaqə saxlayıb.
Bankdan bildirilib ki, hər il Zəfər Gününü qeyd etmək, Vətən müharibəsi şəhidlərini anmaq və bayrağa olan sevgini ifadə etmək məqsədilə Yelobankın Baş ofisindən üçrəngli bayrağımız asılır: “Bu ənənəvi aksiyamızla həm qəhrəman şəhidlərimizin xatirəsini əziz tutur, həm də tarixi Zəfər günümüzlə qürur duyduğumuzu nümayiş etdiririk.
Təəssüf ki, noyabrın 5-i güclü külək səbəbindən səhər saatlarında bayrağımız asılan iplərdən biri qopub.
Saat 07:49-da külək ipi qırıb və 07:55-də növbədə olan əməkdaşlarımız bayrağı dərhal endirərək, təhlükəsizliyi təmin ediblər.
Bayraq ölçü və çəki baxımından kifayət qədər ağır olduğundan, onun hər dəfə quraşdırılması xüsusi texnika və hazırlıqlı bir komanda tərəfindən həyata keçirilir.