News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Bazarlarda alıcılara müxtəlif meyvə-tərəvəzlər təklif olunur.
Tərəvəzlər arasında ən çox tələbat isə pomidor və xiyaradır. Onların özünün də müxtəlif növləri olur. Məsələn, elə xiyarı götürək.
Digər növlərə yanaşı, satışda həm adi, həm də yelpənək xiyarına rast gəlirik. Üstəlik, onlar arasındakı qiymətlər də fərqli olur.
Bəs xiyarla yelpənək arasındakı əsas fərqlər nələrdir? Onları necə ayırd etmək olar?
Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlama verib.
O bildirib ki, yelpənək el arasında istifadə olunan addır:"Əslində, tərəvəz növləri arasında belə bir ad yoxdur.
Lakin bazarlarda və ya meyvə-tərəvəzlərin satış məntəqələrində yelpənək adına rast gəlinir.
Daha dəqiq desək, xiyarın bir növünə yelpənək adını məhz bazarlarda ticarətlə məşğul olanlar veriblər".