Yemək soyusa da, “vicdan” təmiz qaldı VİDEO

20.08.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyada çatdırılma robotunun səkidə yeriyən yaşlı qadını ötüb keçə bilmədiyi və buna görə sifarişi gecikdirdiyi görüntülər geniş müzakirələrə yol açıb.
Bizim.Media xəbər verir ki, görüntülərdə ahıl qadının xüsusi yerimə aləti ilə səki boyu yavaş-yavaş hərəkət etdiyi, avtomatik robot-kuryerin isə onun arxasınca addımladığı görünür.
Səki çox dar olduğu üçün texnika piyadanı ötüb keçə bilməyib. Nəticədə robot qadının sürətinə uyğunlaşaraq addım-addım irəliləyib və onu keçməyə cəhd göstərməyib.
Həmin kadrları təqdim edirik:

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью