Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Yemək zamanı su içməyin həzmlə bağlı problem yaratdığına dair fikir mövcuddur.
Redaktor.az xəbər verir ki, dietoloq Mariya Agirre “Hola” nəşrinə müsahibəsində bu məşhur mifin əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, su mədənin şirəsini “sulandırmır”, əksinə, orqanizm qidalanmanın həcmi və növünə uyğun olaraq onun ifrazını özü tənzimləyir.
“Mədə, qəbul edilən qidanın miqdarı və növünə görə şirə istehsalını tənzimləyir. Biz su içsək belə, orqanizm avtomatik şəkildə ifrazatı dəyişdirir və effektiv həzmi təmin edir”, - deyə Agirre vurğulayıb.
Aytəkin TOFİQQIZI