Yemək yox, peyvənd: Tanınmış həkim vaksinin məcburi vurulmasını istəyir | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Qızılca epidemiyası sönmüş olsa da, yenidən alovlana bilər”.
Bu sözləri tanınmış pediatr Vaqif Qarayev "Cebheinfo.az"-a deyib.
O qeyd edib ki, son günlər göyöskürəyə yoluxanların sayında da artım var: "Göyöskürəkdən də xilas yolu peyvənddir.
“Mən uşağımın immunitetini gücləndirirəm ki, xəstəliklərə yoluxmasın" kimi nağıllarla özünüzü aldatmayın. Uşaqları qoruyaq".
Vaqif Qarayev bildirib ki, peyvənd altına düşən xəstəliklər yoluxucu və öldürücü olur: "Yadımızdadır ki, keçən il qızılcadan ölüm hallarına rast gəlinib.
Peyvənddən imtina edənlər dünya tibb ədəbiyyatını açıb baxsınlar, bu xəstlikdən qorunmağın yeganə yolu peyvənddir.
Deyirlər ki, biz immunitetimizi gücləndiririk. İmmuniteti necə gücləndirirlər?
Məsələn, difteriyaya yoluxmamaq üçün valideynlər uşaqlarına nə yedizdirir? İmmunitet belə yaranmır axı.
Tam oxu
Xəbəri oxu