Yeməkdən çıxan ölü kərtənkələ 65 şagirdi zəhərləyib

05.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Çhattisqarh əyalətində 65 ibtidai məktəb şagirdi ölü kərtənkələ olan nahardan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ölkə mediasında yayılan xəbərlərə görə, Gajadharpur Turripani İbtidai məktəbində verilən nahar zamanı bir şagird boşqabında ölü kərtənkələ görüb.

Rəsmilərə xəbərdarlıq edildikdən sonra bütün tələbələrdən yeməkləri yeməyi dayandırmaları xahiş edilib. Yemək yediyi aşkarlanan 65 şagirddə ürəkbulanma, mədə ağrısı və qusma şikayətləri müşahidə olunub.

Xəstələnən bütün şagirdlər Balrampur-Ramanujqanc bölgəsindəki xəstəxanaya yerləşdirilib. Müalicə alan və sağalmış məktəblilərin evə buraxılmasına başlanılıb.

Səlahiyyətlilər, kərtənkələnin ibtidai məktəbin nahar qazanlarına necə girdiyini müəyyən etmək üçün araşdırma başlandığını açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью