Yeməkdən nə qədər sonra qəhvə içmək olar?

22.04.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Günorta yeməyindən dərhal sonra içilən o tünd qəhvə bəziləri üçün günün ən xoş anıdır, bəziləri üçün isə ciddi bir səhvdir. Əslində məsələ sadəcə zövq deyil, orqanizmin həmin an qidanı necə qəbul etməsidir.
Demokrat.az xəbər verir ki, qəhvənin tərkibindəki taninlər və polifenollar yeməklərlə aldığımız faydalı elementlərin bədən tərəfindən mənimsənilməsinə mane ola bilir. Xüsusilə dəmir çatışmazlığı olan insanlar üçün bu vərdiş vəziyyəti daha da qəlizləşdirir. Çünki qəhvə bitki mənşəli qidalardan aldığımız dəmirin sorulmasını təxminən 80-90 faiz azaldır.
Eyni zamanda kafein həzm prosesini sürətləndirərək qidaların mədədən bağırsağa vaxtından tez keçməsinə səbəb olur. Bu da bədənin vitamin və mineralları tam emal etməsinə imkan vermir. Odur ki, qəhvə içmək üçün ən ideal vaxt yeməkdən ən azı bir saat sonradır. Bu müddət ərzində orqanizm əsas işini bitirir və qəhvə artıq metabolizmə ziyan deyil, enerji verən bir vasitəyə çevrilir.
Yəni, yeməkdən dərhal sonra qəhvə içmək bədənin qidadan alacağı dəmir və mineralları bloklayır, buna görə də bir az gözləmək daha faydalıdır.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью