Yeməkdən sonra çay içənlərə pis xəbər

17.02.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Gün ərzində çox sayda çay və qəhvə istehlak etmək bir çox insan üçün adi vərdişə çevrilsə də, bu vəziyyət ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yeməkdən dərhal sonra içilən isti içkilər orqanizmdə dəmirin sorulmasını əhəmiyyətli dərəcədə azaldır.
Demokrat.az xəbər verir ki, hematoloq Ali Eser bildirir ki, qanda oksigen daşıyan hemoqlobinin azalması ilə yaranan anemiya halsızlıq və başgicəllənmə kimi əlamətlərlə özünü büruzə verir. Onun sözlərinə görə, təngnəfəslik, ürəkdöyünmə və dərinin solğunlaşması kimi hallar uzunmüddətli yorğunluğun əsas göstəricisidir. Bu simptomları adi hal kimi qəbul etmək olmaz. Sadə qan analizi ilə xəstəliyi erkən mərhələdə müəyyən etmək mümkündür.
Anemiyanın ən yayılmış səbəbi dəmir çatışmazlığı olsa da, B12 vitamini və fol turşusu azlığı da bu prosesə təkan verir. Xüsusilə qadınlar, hamilələr və xroniki xəstəliyi olan şəxslər əsas risk qrupuna daxildir. Həkim vurğulayır ki, hər halsızlıq dəmir çatışmazlığı demək deyil. Bu səbəbdən müayinə olunmadan özbaşına dəmir preparatları qəbul etmək orqanizm üçün təhlükəli ola bilər.
Sağlam qidalanmaq üçün rasionda qırmızı ət, paxlalılar və yaşıl yarpaqlı tərəvəzlərə yer ayırmaq vacibdir. C vitamini dəmirin orqanizm tərəfindən mənimsənilməsini sürətləndirdiyi halda, çay və qəhvə bu prosesi ləngidir. Müalicə edilməyən anemiya gələcəkdə ürək xəstəliklərinə və uşaqlarda inkişaf ləngiməsinə səbəb ola bilər.
Həmçinin oxu:
'Siz kimsiniz ki, hələ bir sizə də ərə gəlim'
Vüsaləyə ikinci dəfə böyrək köçürüldü
'Əyri ayaq, çəpgöz kişiləri xoşlayıram'
İsmayıl
Demokrat.az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью