Yeməkləri bu formada bişirmək zərərlidir Onkoloqdan ÇAĞIRIŞ

20.02.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Onkoloq Şikha Cayn bildirib ki, qida hazırlanma üsulları sağlamlığa əhəmiyyətli təsir göstərir.

Redaktor.az xəbər verir ki, ən təhlükəli üsulu o, "20minutos" nəşrinə verdiyi müsahibədə açıqlayıb.

Caynın sözlərinə görə, yeməyi yanmış qabıq əmələ gələnə qədər qızartmaq düzgün deyil. Bunun nəticəsində yalnız məhsullarda xoşagəlməz dad yaranmır, həm də bir neçə növ xərçəngin, o cümlədən kolorektal xərçəngin riskini artıran maddələr sintez olunur. Belə qidanı yalnız yanmış hissələr – qara ləkələr – əvvəlcədən çıxarıldıqda qəbul etmək mümkündür, deyə mütəxəssis vurğulayıb.

Onun fikrincə, yemək hazırlamanın ən faydalı üsulları sobada bişirmə və buxarda bişirmədir.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью