Yeməkləri folqaya bükmək təhlükəlidir Ekspertdən XƏBƏRDARLIQ | Icma.az
Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeməkləri folqaya bükmək təhlükəlidir - Ekspertdən XƏBƏRDARLIQ Bir çox insanlar qidadan qalanları alüminium folqaya bükərək saxlamağa öyrəşiblər.
Lakin bu saxlama üsulu sağlamlıq üçün ciddi risklər yarada bilər.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-dən olan biokimyaçı və qida təhlükəsizliyi eksperti Zakari Kartrayt xəbərdarlıq edib.
Onun sözlərinə görə, folqa, hermetik qablardan fərqli olaraq, təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan hermetikliyi təmin etmir.
"Qapaqları olan hermetik qablar, qidanın oksigenlə təmasını məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Oksigen "S.
aureus" (stafilokok) və "Bacillus cereus", "Clostridium botulinum" və "Listeria monocytogenes" daxil olmaqla əksər təhlükəli patogenlərin çoxalması üçün vacibdir.
Bu mikroorqanizmlər qida zəhərlənməsi simptomlarını - qızdırma, qusma, qarın ağrısı və ishalı yaradan toksinlər istehsal edir.
Tam oxu
Xəbəri oxu