Yəmən ABŞ ın hərbi gəmilərinə zərbələr endirib

21.04.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Yəmən ordusu ABŞ-ın “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına, həmçinin onları müşayiət edən digər hərbi gəmilərə hücum edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Saria məlumat verib.

“Yəmən ordusu Qırmızı dənizin şimalında “Harry Truman” aviadaşıyıcısına və onunla əlaqəli digər gəmilərə iki qanadlı raket və iki PUA ilə hücum edib. Ərəb dənizindəki “Carl Vinson” aviadaşıyıcısına və qruplaşmada olan digər gəmilərə qarşı həyata keçirilən ikinci əməliyyat zamanı isə üç qanadlı raketdən və dörd PUA-dan istifadə olunub”, - deyə Yəhya Saria Al Masirah telekanalının efirində bildirib.

Xatırladaq ki, 2023-cü ildə İsrailin Qəzza sektoruna hücumuna cavab olaraq Yəmən yəhudi dövlətinin ərazilərini ballistik raket və PUA ilə atəşə tutur, həmçinin İsrailə gedən gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinə mane olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью