Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yəmən ABŞ və İsrailə xəbərdarlıq edib.
“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Yəməndə Ənsərullah hərəkatının lideri Əbdül-Malik əl-Husi cümə axşamı çıxışında ABŞ və İsrailə qarşı müharibəyə qoşulmağa hazır olduğunu bildirib.
Əl-Məsirə televiziyasında yayımlanan çıxışında Əl-Husi qeyd edib ki, Yəmən istənilən zaman belə bir qərar qəbul edə bilər.
"Biz bitərəf deyilik, amma mövqeyimiz İslama və İslam millətinə mənsub olmaqdan irəli gəlir. Lazım gələrsə, ABŞ və İsrailə qarşı hərbi cavab veriləcək və regionda gedən müharibəyə qoşulmağa hazırıq”, - deyə əl-Husi vurğulayıb.
Husilərin lideri ABŞ-İsrailin İrana qarşı hücumlarını qlobal iqtisadiyyata və regional təhlükəsizlik və sabitliyə zərər vurduğunu bildirib və hücumları əsassız adlandırıb.
O, həmçinin Vaşinqton və Təl-Əvivi Yaxın Şərqi dəyişdirməyə və "Böyük İsrail" üçün yol açmağa yönəlmiş uzunmüddətli müharibə hazırlamaqda günahlandırıb.
Qeyd edək ki, 2014-cü ildən bəri paytaxt Sənaya və Yəmənin böyük bir hissəsinə nəzarət edən Husilər Tehranın dəstəyi ilə fəaliyyət göstərir və Qəzza müharibəsi zamanı fələstinlilərlə həmrəylik nümayiş etdirərək İsrailə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçiriblər.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin