Yəmən Bab əl Məndəb boğazını bağlaya biləcəyini AÇIQLADI

13.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəmən yaxın vaxtlarda Bab əl-Məndəb boğazını bağlaya bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Məlumata görə, Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Fərh ölkənin bu boğazı bağlamaq niyyətində olduğuna işarə edib.

Onun sözlərinə görə, Bab əl-Məndəb boğazı Hörmüz boğazı ilə birlikdə bağlanacaq və bunun nəticəsində dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Gərginliyin növbəti mərhələsi iyulun 12-nə keçən gecə İranın ABŞ-nin bölgəyə müdaxiləsi dayandırılanadək Hörmüz boğazını bağladığını elan etməsindən sonra başlayıb.

Buna cavab olaraq ABŞ İranın hərbi hədəflərinə yeni zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, raket və pilotsuz uçuş aparatları anbarları, buraxılış qurğuları, radarlar və rabitə sistemləri daxil olmaqla təxminən 140 obyekt vurulub.

İran isə cavab olaraq ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyndə yerləşən obyektlərinə zərbələr endirib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью