Icma.az bildirir, Axar.az portalına istinadən.
Yəmən Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən strateji əhəmiyyətli Muxa liman şəhəri yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı qüvvələrinin Muxada hava limanına zərbələr endirdiyi barədə informasiya yayılmışdı.