Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Yəmən İsraili raketlə hədəf aldı.
İsrail Yəməndən atılan raketin qarşısının alındığını və heç bir zərərin olmadığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusu Yəməndən atılan bir raket səbəbindən İsrailin mərkəzi bölgələrində və İordan çayının qərb sahilinin cənubunda bir çox ərazidə siqnalların çaldığını bildirib.
Ordunun verdiyi açıqlamada, raketin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi və hücum nəticəsində heç bir zərərin meydana gəlmədiyi qeyd olunub.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin