Yəmən ordusu bir sıra strateji yüksəklikləri husilərdən geri aldı

05.09.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəmən Silahlı Qüvvələri Taiz vilayətinin cənubunda (Heyfan) qiyamçı husilərə qarşı hərbi əməliyyat zamanı bir sıra strateji mövqelərə nəzarəti bərpa edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Yəmənin rəsmi informasiya agentliyi SABA məlumat yayıb.

Bildirilib ki, Yəmən ordusu Əl-Məfalıs bölgəsində Əl-Vüsrə, Səid Taha, Ziban, Əl-Xudeyra və Ən-Nəcd yüksəkliklərini geri alıb.

Toqquşma nəticəsində husilər arasında canlı qüvvə və texnika itkiləri olub.

Məlumata görə, Taiz və qərb sahili cəbhələrindəki toqquşmalar zamanı da husilər arasında onlarla ölən və yaralanan olub, onlara məxsus hərbi texnikalar məhv edilib.

Mənbə Taiz və qərb sahili boyunca bütün cəbhələrdə hərbi əməliyyatların və toqquşmaların davam etdiyini yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью