Axar.az saytına istinadən Icma.az xəbər verir.
Yəmən hökuməti paytaxt Ədəni müdafiə etmək üçün ölkənin cənub-qərbində, Bab əl-Məndəb boğazı rayonu və Zubab dairəsindən qüvvələrini geri çəkib.
Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Yəmən Cənub Qüvvələrinin komandanlığı qoşunların geri çəkilməsinin yenidən təşkilatlanma və digər istiqamətlərdə mövcudluğun gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bildirib.
“Paytaxt Ədənin müdafiəsi və Taizin mühasirədən azad edilməsi milli və mənəvi məsuliyyətdir”, - Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Məcid ən-Nuzeyli qeyd edib.
O, həmçinin beynəlxalq ictimaiyyəti sahil zolağının azad edilməsinə kömək göstərməyə çağırıb və Bab əl-Məndəb boğazının dünya ticarəti üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Telekanalın məlumatına görə, qüvvələrin yenidən qruplaşdırılması husilərin Lahic əyalətində hökumət qüvvələrinin mövqelərinə təzyiqini artırması fonunda baş verir.
Husilərin nəzarətində olan SABA agentliyi də bildirib ki, hökumətyönlü birləşmələr şiddətli toqquşmalardan sonra itki verərək və mövqeləri tərk edərək Ədən istiqamətində geri çəkiliblər.