Yəmən ordusu husilərin mövqelərinə 2103 zərbə endirib

08.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yəmən ordusu İranın dəstəklədiyi husilərə endirilən 2103 zərbə nəticəsində 1860 nəfərin öldüyünü və ya yaralandığını bildirib. 

Məlumatı “Anadolu” verib. 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü polkovnik Məcid Abdullah əl-Nazili bildirib ki, “Yəmən şəfəqi” əməliyyatı çərçivəsində müxtəlif cəbhələrdə husi hərbi hədəflərinə 2103 “dəqiq zərbə” endirilib. O, həmçinin yüzlərlə husi avtomobilinin, hərbi texnikasının və hərbi mövqelərinin məhv edildiyini bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəmən qüvvələrinin nusi hərəkatının müvafiq nöqtələrinə, istehkamlarına, təchizat xətlərinə və hərbi mövqelərinə zərbələr endirdiyini göstərən videoçarxı nümyiş etdirib.

Husilər hələ ki, Yəmən ordusunun hesabatına cavab olaraq heç bir açıqlama verməyiblər. Dünən səhər Ən-Nazili 97 zərbə nəticəsində 260 husinin öldürüldüyünü və ya yaralandığını, 44 nəqliyyat vasitəsinin, eləcə də hərbi nəqliyyat və təchizat maşınlarının məhv edildiyini və ya sıradan çıxarıldığını bildirmişdi.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью