Yəməndə cəbhədə vəziyyət dəyişir: Üç briqada husilərə təslim oldu VİDEO

10.09.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yəməndəki “Ənsarullah” (husilər) qruplaşması ölkənin qərb sahilində Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin kütləvi şəkildə təslim olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ənsarullah”ın Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buxaiti özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
 

Məhəmməd əl-Buxaitinin sözlərinə görə, Səudiyyə ordusuna və onun müttəfiqlərinə bağlı qüvvələrin bir hissəsi Hays, Əl-Muxa, Əl-Xoxa, Taiz və Əl-Cauf bölgələrində rəsmi hökuməti dəstəkləyən qüvvələr təslim olub.


Əl-Buxaiti bildirib ki, üç hərbi briqada silah və hərbi texnikasını husilərə təhvil verib. O, hadisəni müasir müharibə tarixində ən böyük miqyaslı təslimlərdən biri kimi dəyərləndirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью