Yəməndə hava zərbələri nəticəsində 33 nəfər ölüb

08.11.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Yəmənin paytaxtı Səna yaxınlığında həyata keçirilən hava zərbələri nəticəsində azı 33 nəfər ölüb, 39 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə husilərin nəzarətində olan Səhiyyə Nazirliyinə əsasən məlumat yayıb.

Bildirilib ki, hava zərbələri Sənanın şərqində yerləşən Bəni Huşeyş bölgəsində yaşayış evlərinə endirilib. Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd edilib.

Husilər hücumda Səudiyyə Ərəbistanını ittiham ediblər. Səudiyyə tərəfi isə hadisə ilə bağlı məlumatların araşdırıldığını açıqlayıb. Dağıntılar altında insanların qaldığı, xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью