Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, Şəbva valiliyinin verdiyi məlumata görə, Husilərin hücumu nəticəsində ən azı 53 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.
Hökumət mənbələri isə bildirib ki, hərbi təlim keçən əsgərlərin düşərgəsinə üç ballistik raket atılıb.
Qeyd edək ki, son günlərdə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə paytaxt Sənaya və ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən Husi üsyançıları arasında münaqişə daha da şiddətlənib.
Mürtəza