Yəməndə husilərə məxsus obyektlərə zərbələr endirilib

16.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Böyük Britaniya "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin Həccə vilayətinə hücum ediblər.

TASS xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, koalisiya qüvvələri Qırmızı dəniz sahilində yerləşən Midi rayonunun Buheys yaşayış məntəqəsinə havadan zərbə endirib.

"Al Arabiya" telekanalının mənbələrinin məlumatına görə, husilərə məxsus hərbi obyektlər hücuma məruz qalıb. Hücumun nəticələri barədə məlumat verilmir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью