Icma.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az Yəmənin təhlükəsizlik orqanlarının yaydığı məlumata istinadən xəbər verir ki, sui-qəsdçilərin Ədənə və Maribdə hazırlanmış və husilərə qarşı çıxan hökumətin nəzarətində olan ərazilərdə ordu və təhlükəsizlik qurumlarının rəhbərlərini məhv etmək məqsədi daşıyan iki böyük əməliyyat pozulub.
“Husilərin nəzarəti altında olan şimal ərazilərində təlim keçmiş qruplaşma üzvləri saxlanılıb. Yaraqlılara partlayıcı qurğuların yerləşdirilməsi, pilotsuz uçuş aparatlarından istifadə və hava kəşfiyyatı üzrə təlimlər keçirilib”, - hər iki bölgənin polis idarələrinin açıqlamasında bildirilir.
İstintaq tədbirləri nəticəsində sui-qəsdçilərin yüksək rütbəli zabitlərə qarşı silsilə partlayışlar və sui-qəsdlər planlaşdırdıqları müəyyənləşdirilib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. “Husilərin nəzarəti altında olan şimal ərazilərində təlim keçmiş qruplaşma üzvləri saxlanılıb. Yaraqlılara partlayıcı qurğuların yerləşdirilməsi, pilotsuz uçuş aparatlarından istifadə və hava kəşfiyyatı üzrə təlimlər keçirilib”, - hər iki bölgənin polis idarələrinin açıqlamasında bildirilir.
İstintaq tədbirləri nəticəsində sui-qəsdçilərin yüksək rütbəli zabitlərə qarşı silsilə partlayışlar və sui-qəsdlər planlaşdırdıqları müəyyənləşdirilib.
Sahil İsgəndərov
AzVision.az