Yəməndə husilərlə ordu qüvvələri toqquşdu: ölənlər var

02.11.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Yəmənin Taiz əyalətində Husi qüvvələri ilə ölkə ordusu arasında toqquşmalar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Yəməndəki hərbi mənbələr məlumat yayıb.

Döyüşlər zamanı ordudan bir hərbçi həlak olub, biri isə yaralanıb. Husilərdən isə səhra komandiri öldürülüb.

Qeyd edək ki, sahilyanı Taizdə bir neçə gün əvvəl də bənzər qarşıdurma baş vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью