Yəməndə saxlanılan BMT əməkdaşlarının sayı 20 yə çatıb

03.09.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin azı 19 əməkdaşı Yəmənin husi üsyançıları tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrikin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, saxlanılanlardan 18-i BMT-nin yəmənli əməkdaşları, biri isə əcnəbidir.

S.Dyujarrik bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.

Qeyd edək ki, avqustun 31-i husilər İsrail tərəfindən bir neçə yüksək vəzifəli hökumət rəsmisinin öldürülməsinə cavab olaraq Səna şəhərində BMT-nin ərzaq, tibbi və uşaq təşkilatlarının ofislərinə reydlər keçiriblər.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью