Yəməndə separatçı şura ləğv olundu

09.01.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ölkənin cənub əyalətlərinin ayrılmasını müdafiə edən Yəmənin Cənub Keçid Şurası (STC) rəsmi olaraq ləğv olunduğunu və bütün strukturlarının fəaliyyətini dayandırdığını elan etdi.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında bildirilir.
Yəmən xəbər agentliyi SABA-nın istinad etdiyi sənəddə deyilir: "Cənub Keçid Şurasının, onun bütün əsas və köməkçi orqanlarının və təsisatlarının ləğvini və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bütün ofislərinin bağlanmasını elan edirik. Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının himayəsi altında cənub qüvvələrinin ümumi konfransına hazırlaşaraq Cənubun ədalətli məqsədlərinə çatmaq niyyətimizi bəyan edirik".

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью