Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Yəməndə İranın dəstəklədiyi husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında döyüşlər yenidən şiddətlənib.
“Yeni Sabah” xəbər verir ki, husilər ölkənin qərbində həyata keçirdikləri hücumlar zamanı çox sayda hökumət əsgərini əsir götürüb. Yayılan görüntülərdə hərbçilərin silahlı şəxslərin nəzarətində ərazidən aparıldığı görünür. Lakin əsirlərin dəqiq sayı hələlik açıqlanmayıb.
Husilərin Hays və Əl-Havha bölgələrində irəliləyərək strateji Muha limanını ələ keçirdiyi bildirilir. Qruplaşma daha sonra Babülməndəb boğazı ətrafında, o cümlədən Perim adasında mövqelərini gücləndirib. pizza mizza
Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr son həftələrdəki döyüşlərdə 500-dən çox hökumət əsgərinin öldüyünü, husilər tərəfdən isə təxminən 1000 döyüşçünün həyatını itirdiyini açıqlayıb. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Husilərin irəliləyişindən sonra Səudiyyə Ərəbistanının hava hücumlar