Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış 15 ölü var

12.01.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Yəmənin Əl-Beydə əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 15 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, azı 67 nəfər yaralanıb.
“Əl-Cəzirə” daha əvvəl  Husilərin nəzarətində olan Əl-Beyda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 8 nəfərin ölməsi, onlarla insanın yaralanması barədə məlumat yaymışdı.
Əl-Təvra xəstəxanası qurbanların çoxluğuna görə yerli sakinləri qan verməyə çağırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью