Yəməndəki Ərəb Koalisiyası qüvvələrinin komandanı dəyişdirilib

16.11.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Saud Yəməndə husilərə qarşı vuruşan Ərəb Koalisiyası qüvvələrinin rəhbəri general-leytenant Fəhd bin Həməd bin Əbdüləziz Əl-Salmanı vəzifəsindən azad edib.

SİA xəbər verir ki, “Arab News”un xəbərinə görə, Fəhd bin Həməd Səudiyyə Ərəbistanı müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Baş Qərargah rəisi, general-leytenant Fəyyad bin Hamed ər-Rüveyli isə Yəməndə Birləşmiş Qüvvələrin (Ərəb koalisiyası) komandanı təyin edilib.

Məlumata görə, kral fərmanı ilə Fəyyad bin Hamed ər-Rüveylinin hazırkı vəzifəsini saxlamaqla yanaşı, yeni vəzifəni də icra etməsi qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью