Yəməndən atılan raket TəlƏviv şəhərindəki uşaq meydançasına düşüb AZƏRTAC

21.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 dekabr, AZƏRTAC

Yəməndən atılan raket gecə saatlarında Təl-Əviv şəhərindəki yaşayış massivinin uşaq meydançasında partlayıb.

AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində ətrafdakı evlərin şüşələri qırılıb.

“Ynet” portalının məlumatına görə, hücum nəticəsində 16 nəfər yüngül xəsarət alıb, 14 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

Qeyd edək ki, gecə saatlarında Yəməndən İsrailin mərkəzinə doğru bir raket atılıb. Ordunun mətbuat xidməti hava hücumundan müdafiə vasitələrinin raketi vura bilmədiyini açıqlayıb. Ölkənin mərkəzi hissəsində raket təhlükəsi ilə bağlı hava hücumu xəbərdarlığı elan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью