Yəməndən atılan raket zərərsizləşdirildi

03.05.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Yəmən ərazisindən İsrailə raket atılıb.

Gununsesi.info “The Times of Israel”ə istinadən xəbər verir ki, bununla bağlı Yerusəlim və Modiin bölgələrində, eləcə də cənubi İsraildə həyəcan siqnalları işə salınıb.

Hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirib.

Sakinlərə həyəcan siqnalından bir neçə dəqiqə əvvəl sığınacaqlara keçmələri barədə xəbərdarlıq edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью