Yəməndən İsrailə ballistik raketlər atılıb

31.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) ballistik raketlər vasitəsi ilə İsrailə hücum edib.

Oxu.Az bu barədə İsrail mətbuatına istinadən xəbər verir.

İsrail ordusundan verilən açıqlamada raketlərin uğurla məhv edildiyi bildirilib.

Sosial şəbəkələrdə yayılan videoda isə ballistik raketlərdən birinin hissələrinin Beyt Şemeş şəhərinə düşdüyünü əks olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью