Yəməndən İsrailə raket atıldı

15.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İsrail Ordusu Yəməndən atılmış bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb. Raket hücumundan əvvəl İsrailin bir neçə bölgəsində hava həyəcanı siqnalları səslənib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun yaydığı rəsmi bəyanatda bildirilib.

Raket hücumunun məsuliyyətini husilər öz üzərlərinə götürüblər. Onlar bu hücumların Qəzzada fələstinlilərlə həmrəylik məqsədilə həyata keçirildiyini bəyan ediblər.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью