Yəməndən İsrailə raket atılıb Yaralılar var

21.12.2024

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Yəmənin “Ənsar Allah” hərəkatı İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı hərbi obyektə hipersonik ballistik raketlə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri “Fələstin 2” hipersonik ballistik raketi ilə işğal altındakı Yaffa bölgəsində İsrailin hərbi hədəfinə hücum edib, raket hədəfi dəqiq vurub”, - o, “Al Masirah” telekanalına deyib.
İsrail tərəfi də Yəməndən İsrailin mərkəzinə doğru bir raket atıldığını təsdiqləyib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, raketi zərərsizləşdirmək mümkün olmayıb. Təcili yardım xidmətinin məlumatına görə isə, hadisə nəticəsində ən azı 14 nəfər şüşə qırıqlarından yüngül xəsarətlər alıb, 8 nəfər bomba sığınacaqlarına qaçarkən yaralanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью