Yəməndən İsrailin Yaffa rayonundakı hədəflərə raket hücumu olub

03.04.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 3 aprel, AZƏRTAC

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı axşam saatlarında İsrailin Yaffa rayonundakı hədəflərə qarşı İran və “Hizbullah”la müştərək əməliyyat həyata keçirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hərəkat liderləri tədricən döyüşlərə daxil olduqlarını, vəziyyətə uyğun cavab verəcəklərini bildiriblər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью