Yəməndən Təl Əvivin “Ben Qurion” hava limanına raket atılıb

10.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 iyul, AZƏRTAC

Yəmən ordusu Təl-Əvivin “Ben Qurion” Beynəlxalq Hava Limanına raket zərbəsi endirib.

AZƏRTAC xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Saria bunu Al Masirah telekanalının efirində deyib.

“Yəmənin raket qüvvələri “Ben Qurion” hava limanına “Zülfüqar” ballistik raketi ilə hücum edib. Bu əməliyyat nəticəsində aeroportun fəaliyyəti dayandırılıb”, – deyə Yəhya Saria bildirib.

İsrail ordusu isə Yəməndən atılan raketin zərərsizləşdirildiyini iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью