Yəmənə 48 saatda 129 zərbə: Husilər cavab vəd etdilər

13.09.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri iki gün ərzində Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) nəzarətində olan ərazilərinə 129 zərbə endirib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Yəhya Səriya bildirib.

"Son 48 saat ərzində Səudiyyə aviasiyası Təz, Mərib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə əyalətlərinə 129 zərbə endirib", - deyə husilərin nümayəndəsi iddia edib.

Onun sözlərinə görə, zərbələr Səudiyyə hərbçilərinin Xamis-Muşayt və Ət-Taifdəki hərbi bazalarından istifadə edən "F-15" və "Typhoon" təyyarələri ilə həyata keçirilib.

"Ənsar Allah" nümayəndəsi bildirib ki, husilər bu zərbələri cavabsız qoymayacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью