Yeməyi ayaqüstə yeməyin zərərləri

08.07.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İnsanlar getdikcə daha çox tələsərkən yemək yeməyə üstünlük verirlər, lakin bu cür vərdiş insan orqanizminə zərər verir".

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Tarasova danışıb.

Onun sözlərinə görə, yeməyi ayaqüstə yemək həzm sistemi xəstəliklərinə gətirib çıxara bilər:

“Əgər biz hərəkətdə olsaq, çeynəmə hərəkətləri daha az olur, ağız boşluğu fermentlərlə tam şəkildə işlənmir, həzm sistemi buna hazırlaşmağa imkan tapmır. Bu zaman kortizol – stress hormonu ifraz olunur ki, bu da yeməyin tam həzm olunmasına mane olur”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью