Yeməyin içindən kərtənkələ çıxdı: Zəhərlənənlər var

07.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Hindistanın Çhattisqarh əyalətində dəhşətli bir hadisə baş verib.

“Cebheinfo.az” xəbər verir ki, əyalətdə yerləşən ibtidai məktəblərdən birində verilən nahar yeməyindən ölü kərtənkələ çıxıb.Gacadharpur Turripani ibtidai məktəbində oxuyan və həmin yeməkdən yeyən 65 şagird zəhərlənərək xəstəxanaya aparılıb. Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Mədə bulantısı və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilən şagirdlərin hamısı Balrampur-Ramanujganj bölgəsindəki xəstəxanaya aparılıb.Rəsmi şəxslər məsələ ilə bağlı araşdırmanın aparıldığını bildiriblər. Müalicəsi başa çatan şagirdlər isə artıq evə buraxılıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью