Yeməyinə narkotik qatırdılar

06.03.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərhum sənətçi Elçin Cəlilovun ölümü ilə bağlı illər sonra sarsıdıcı iddia səsləndirilib. "Öz aramızda" verilişinə qonaq olan müğənni İntiqam Kərimov həmkarının həyatına qəsd edildiyini bildirib. O, Elçin Cəlilovun məqsədli şəkildə zərərli vərdişlərə sürükləndiyini qeyd edib.
Demokrat.az milli.az-a istinadla xəbər verir ki, İntiqam Kərimov bu prosesin arxasında dayanan səbəbin sənətdəki rəqabət olduğunu vurğulayıb. Müğənninin sözlərinə görə rəqibləri Elçin Cəlilovu səhnədən uzaqlaşdırmaq üçün dəhşətli üsullara əl atıblar. Sənətçi həmin dövrdə baş verənləri belə təsvir edib.
"Cıdır restoranında oxuyurdu. Deyilənə görə, yeməyinə bilərəkdən narkotik qatırdılar. Bunu qəsdən edirdilər ki, sənətdən uzaqlaşsın. Rəqibləri onun səhnədə olmasını istəmirdi, beləcə rəhmətə getdi".
İntiqam Kərimovun bu açıqlamaları həm studiyada, həm də sosial şəbəkələrdə rezonans doğurub. İddialara görə, məhz bu gizli müdaxilələr istedadlı ifaçının ömrünün faciəvi şəkildə yarımçıq qalmasına səbəb olub.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью