Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yay aylarında kəsilmiş yemişi soyuducuda düzgün saxlamaq vacibdir.
Medicina.az xəbər verir ki, yemişin yarısını boşqabda saxlamaq və ya sadəcə streçlə örtmək meyvənin tez xarab olmasına səbəb ola bilər.
Yemiş kəsildikdən sonra tərkibindəki su və şəkərə görə bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Buna görə meyvəni kəsdikdən sonra iki saat ərzində soyuducuya yerləşdirmək tövsiyə olunur.
Ən düzgün üsul isə qalan hissənin tumlarını çıxarmamaq və onu hava keçirməyən qabda saxlamaqdır. Tumlar yemişin təravətini daha uzun müddət qorumağa kömək edir.
Mütəxəssislər həmçinin yemişi kəsməzdən əvvəl qabığını yaxşı yumağı, təmiz bıçaq və doğrama taxtasından istifadə etməyi məsləhət görürlər.
Xanım,
Medicina.az