Yenə Aleksey Baqa! Sumqayıt ın matçını izləyənlər arasında...

20.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 12-də Vaqif Cavadavu istefaya göndərən “Sumqayıt” rəhbərliyi hələ ki yeni baş məşqçi ilə anlaşmayıb. Ancaq yerli mütəxəssislərdən Arif Əsədovun, əcnəbilərdən isə Aleksey Baqanın adı “gənclik şəhəri” təmsilçisi ilə yanaşı hallanır.

Hətta belaruslu mütəxəssisin cari mövsümdəki son iki oyunu tribunadan izləyəcəyi də deyilirdi. Lakin Misli premyer-liqasının 35-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Turan Tovuz" matçında mütəxəssisin izi-tozu görünmədi. Bəs, bu məsələylə bağlı son durum necədi?
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin cavabı:

“Belə məlumatlar həqiqəti əks etdirmir. Hazırda hansısa məşqçi ilə danışıq aparmırıq”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью