Yenə Almaniyada bomba həyəcanı yaşanıb

04.09.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada yenə partlayıcı xəbərdarlığı qeydə alınıb. Belə ki, Saksoniya əyalətinin Görlits rayonundakı iki yarımstansiyada hava elektrik ötürücü xətlərinin yaxınlığında partlayıcı qurğular aşkar edilib, bu da yeni təxribatlarla bağlı narahatlıqlara səbəb olub.

Nüfizli "BILD" nəşrinin yaydığı məlumata görə yarımstansiyalar Brandenburqla sərhəd yaxınlığında, Lujitsa kömür hövzəsi rayonunda yerləşir. Bu regionda LEAG energetika şirkəti elektrik enerjisi istehsalı üçün istifadə olunan qəhvəyi kömür çıxarır, xüsusən Yanşvalde və Boksberq elektrik stansiyalarında.

Nəşrin məlumatına görə, sentyabrın 2-də yeni hadisənin baş verdiyi yerdən təxminən 50 km məsafədə Brandenburqdakı yarımstansiyada raketlərə bənzər analoji qurğular aşkar edilib. Nəticədə elektrik ötürücü xətləri zədələnib.

Daha bir təxribat hücumu Kölnün yaxınlığında yerləşən Berqhaym yaxınlığındakı yarımstansiyaya qarşı törədilib. Almaniya polisi baş verənləri araşdırır.

Mətləb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью