Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis yenə Asiyada işləyəcək.
Sonuncu iş yeri Səudiyyə Ərəbistanı yığması olan Mançini Qətərin “Əl-Sədd” klubunu çalışdıracaq. Qeyd edək ki, ötənlərin məşhur futbolçusu baş məşqçi kimi “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit”i çalışdırıb. 60 yaşlı mütəxəssis İtaliya yığması ilə 2020-ci ildə Avropa çempionatının qalibi olub.