Yenə B seriyasında işləyəcək

13.06.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İtaliya yığması ilə dünya çempionu olan Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 50 yaşlı mütəxəssis “Avellino”nun baş məşqçisi təyin olunub. İtaliya B seriyası təmsilçisinin yaydığı məlumata görə, tərəflər arasında imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nesta daha əvvəl də B seriyasında “Peruca”, “Frozinone” və “Reccana” komandalarını çalışdırıb. Onun sonuncu iş yeri isə “Montsa” olub.
“Avellino” 2025/26 mövsümündə B seriyasını 8-ci yerdə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью