Yenə Belarus, yenə məğlubiyyət

26.03.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью