Yenə birinci oldu

25.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu ada "Barselona"nın sükanı arxasında əyləşən Hans-Diter Flik layiq görülüb.

Alman mütəxəssis bununla cari mövsümdə 4-cü dəfə ayın məşqçisi adına layiq görülüb. O, sorğuda Manuel Pelleqrini ("Betis") və Klaudio Giraldesi ("Selta Viqo") qabaqlayıb.

Qeyd edək ki, "Barselona" mart ayında "Real Sosyedad"ı 4:0, "Atletiko Madrid"i 4:2 hesabı ilə məğlub edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью